[b]Navasın yerinə Kurtua[/b]
13.07.2018 - 10:51
[b]Navasın yerinə Kurtua[/b]

“Çelsi”nin qolkiperi Tibo Kurtua karyerasını yenidən İspaniyada davam etdirə bilər. Apasport.az saytının “El Chiringuito”ya istinadən məlumatına görə, “Real” belçikalı qapıçının xidmətində maraqlıdı.

 

Madrid klubu Keylor Navasla yollarını ayırıb, 35 milyon avro qarşılığında Kurtuanı heyətinə qatmağa hazırdı. “El Confidencial” isə “Çelsi”nin 50 milyon avro tələb etdiyini yazıb.

 

“Zadəganlar”ın “Real”ın qapıçıya görə göndərdiyi iki təklifi rədd etdiyi bildirilir.

 

“Çelsi” Kurtuanın satışından əldə olunacaq məbləği “Roma”nın qolkiperi Alissonun transferinə yönəltmək istəyir.