[b]Naynqqolan qəza keçirdi[/b]
07.07.2018 - 15:17
[b]Naynqqolan qəza keçirdi[/b]

“İnter”in yeni transferi Raca Naynqqolan qəza keçirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə Romada baş verib.

 

Məhz bu üzdən belçikalı yarımmüdafiəçi “Ferrari” markalı avtomobilini Milana apara bilməyib. Futbolçu qəzadan yara almadan qurtulub. Lakin avtomobili 50 min avro dəyərində ziyan görüb.

 

Qeyd edək ki, Raca Naynqqolan bu yay “Roma”dan “İnter”ə keçib.