[b]Nazarovun komandası Bundesliqa klubuna qalib gəldi[/b]
29.07.2018 - 20:11
Almaniya II Bundesliqa təmsilçisi “Erzgebirge” yeni mövsümə hazırlıq məqsədilə daha bir sınaq matçı keçirib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu Aue təmsilçisi “Şalke” ilə üz-üzə gəlib.
Görüş “Erzgebirge”nin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 78-ci dəqiqədə Herrman imza atıb.
Nazarov da görüşün iştirakçısı olub. O, matça start heyətində başlayıb.
0
0