[b]“Neftçi” Kampazla müqaviləyə xitam verdi[/b]
09.07.2018 - 18:29
[b]“Neftçi” Kampazla müqaviləyə xitam verdi[/b]

“Neftçi” kolumbiyalı futbolçu Mayk Kampazla yollarını ayırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Ötən mövsüm “Neftçi”nin heyətində 4 oyunda meydana çıxan cənubi amerikalı azad agent kimi paytaxt klubundan ayrılıb.