[b]“Neftçi”də 2 illik müqavilə [/b]
17.06.2018 - 16:52
[b]“Neftçi”də 2 illik müqavilə

[/b]

“Neftçi” daha bir futbolçu ilə müqavilə müddətini artırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm paytaxt təmsilçisinin heyətində çıxış edən Emin Mahmudov daha 2 il ağ-qara formanı geyinəcək.

 

Milli komandamızın da üzvü olan 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 27 oyunda 2 qola imza atıb.

 

Qeyd edək ki, “Neftçi” bundək Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqavilə yeniləyib.