[b]“Neftçi”ni yox, “Sevilya”nı məğlub etmək möcüzə olar”[/b]
27.07.2018 - 10:43
[b]“Neftçi”ni yox, “Sevilya”nı məğlub etmək möcüzə olar”[/b]

“İlk oyundakı nəticədən sonra “Uypeşt”in mübarizəni dayandıracağı, demək olar ki, müəyyənləşib”. Apasport.az saytının məlumatına görə, bunu “Uypeşt”in əfsanəvi futbolçusu Qyorqi Veber deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Macarıstan təmsilçisi (1:3, 4:0) II mərhələnin ilk matçında “Sevilya”ya səfərdə 0:4 hesabı ilə məğlub olub.

 

Yerli mətbuata açıqlamasında İspaniya nəhəngi ilə qarşılaşmanı dəyərləndirən 49 yaşlı mütəxəssis “Sevilya” ilə “Neftçi”ni də müqayisə edib: “Bundan əvvəlki mərhələdə “Neftçi”yə uduzduqdan sonra cavab matçında onları məğlub etmək möcüzə deyildi. Əsl möcüzə “Sevilya”ya qalib gəlmək olar. İki komanda arasında böyük səviyyə fərqi var. Onların futbolçuları dünya çempionatında iştirak edirlər. Hələ nəzərə alaq ki, mövsümün əvvəli olduğundan, “Sevilya”nın oyunçuları formada deyil. Heç vaxt dayanmayan peşəkar futbolçulardan söhbət edirik”.

 

Qeyd edək ki, “Uypeşt”lə “Sevilya” arasında cavab oyunu avqustun 2-də keçiriləcək.

0