Neymar satışa çıxarıldı, “Nyukasl” variantı ortaya çıxdı
05.01.2023 - 10:19
Neymar satışa çıxarıldı, “Nyukasl” variantı ortaya çıxdı

Fransanın PSJ klubu Neymarı satışa çıxarıb.

Apasport.az saytı xəbər verir ki, Paris təmsilçisi 2017-ci ildə İspaniya “Barselona”sından 222 milyon avroya transfer etdiyi futbolçunu sərfəli təklif gələcəyi halda komandadan göndərəcəyini açıqlayıb.

PSJ rəhbərliyi braziliyalını 100 milyon avroya da sata biləcəyini bildirib. İddialara əsasən, İngiltərənin “Nyukasl” komandası bu məbləği ödəyərək “sambaçılar”ın kapitanını heyətinə qatmağa hazırlaşır.  

Qeyd edək ki, Neymar bu mövsüm PSJ-də 20 oyunda iştirak edib. Futbolçu bu matçları 13 qol və 14 assistlə tamamlayıb.

0