Neymarın klubunda baş məşqçi istefası
15.04.2025 - 15:24
Braziliyanın “Santos” klubu baş məşqçisi Pedro Kaysinya ilə müqaviləyə xitam verib.
Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komanda Braziliya çempionatının ilk üç turunda qələbə qazana bilməyib. 2 dəfə məğlub olub, 1 dəfə isə heç-heçə ilə kifayətlənib.
Cəmi 1 xal toplayan komanda turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Hazırda komandanı müvəqqəti olaraq Braziliya millisinin sabiq futbolçusu Sezar Sampaio çalışdıracaq.
Qeyd edək ki, məşhur hücumçu Neymar peşəkar karyerasına “Santos"da davam edir.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0