“Niyə heç kim Messini tənqid etmir?”
05.06.2018 - 18:42
“Niyə heç kim Messini tənqid etmir?”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba tənqidlərə cavab verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı onu meydanda çox qaçmadığı üçün tənqid edənlərə “Barselona”nın futbolçusu Lionel Messini misal göstərib.

 

Poqba oyun üslubunun bu cür olduğunu və heç kimin məsləhətinə ehtiyac duymadığını vurğulayıb: “Mən hər zaman belə oynamışam. Qalib gəldiyim matçlarda da eyni formada çıxış etmişəm. Çünki oyun üslubum belədi. Niyə heç kim Messini meydanda gəzdiyi üçün tənqid etmir? Messi 3 qol vuranda qaçmadığı dəqiqələrə görə ona söz deyən olmur. Mənə də necə oynamalı olduğumu deyə bilməzsiniz. Bu səviyyəyə indiki oyunumla gəlmişəm, heç kim necə oynamalı olduğumu deməyib”.

 

Qeyd edək ki, Pol Poqba “Mançester Yunayted”ə 2016-cı ilin yayında 105 milyon avro müqabilində “Yuventus”dan keçib.