“Nyukasl”ın gözü De Xeada
04.12.2023 - 19:48
“Nyukasl”ın gözü De Xeada

“Nyukasl” yeni qapıçı axtarışına başlayıb.

Apasport.az xəbər verir ki, buna Nik Popunun zədəsi səbəb olub.

Klub rəhbərliyi David de Xeanı heyətinə qatmağı planlaşdırır. “Mançester Yunayted”in sabiq qapıçısı çiynindəki zədə səbəbindən beş aya qədər yaşıl meydanlardan kənar qalacaq Niki əvəz edə bilər. 

Qeyd edək ki, qapıçı Premyer Liqanın 14-cü turunun “Mançester Yunayted”lə matçında (0:1) zədə səbəbindən əvəzlənib.
 

0