[b]“Olimpiya”nın Azərbaycan səfərinin proqramı açıqlandı[/b]
10.07.2018 - 00:59
[b]“Olimpiya”nın Azərbaycan səfərinin proqramı açıqlandı[/b]

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nın cavab matçı üçün Bakıya səfər proqramı müəyyənləşib. Apasport.az-ın məlumatına görə, Sloveniya klubunun rəsmi saytı Lyublyana təmsilçisinin oyundan 1 gün əvvəl – iyulun 17-də Azərbaycana gələcəyini yazıb.

 

Komanda Lyublyanadan Bakıya çarter reysi ilə gələcək. Bakıdakı məşq isə saat 22:00-da nəzərdə tutulub.

 

Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.