Onananın əvəzinə Sommer
06.08.2023 - 17:31
Onananın əvəzinə Sommer

“İnter” Yan Sommerin keçidini rəsmiləşdirib.

Apasport.az-ın məlumatına görə, 34 yaşlı qapıçı sabah tibbi müayinədən keçəcək.

“Bavariya” bu transferdən 6 milyon avro qazanacaq. Razılaşmaya, əsasən, “İnter” ödənişi iki mərhələdə həyata keçirəcək. Sommerlə Milan klubu arasında iki illik müqavilə imzalanacaq. O, “Mançester Yunayted”ə keçən Andre Onananı əvəz edəcək.

Qeyd edək ki, təcrübəli qapıçı 2023-cü ilin yanvarında “Bavariya”ya keçmişdi. O, komandanın heyətində 25 oyun keçirib və Almaniya çempionu titulunu qazanıb.

0