“Bizi Qırğızıstanla oyundan sonra daha ciddi rəqiblə qarşılaşma gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov deyib.
Yığmamızın təcrübəli müdafiəçisi sabah Astanada Qazaxıstan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. Abışov bildirib ki, rəqib kifayət qədər güclü komandadı: “Qazaxıstan millisinin son oyunlarına da baxanda görürük ki, baxımlı futbol sərgiləyirlər. Rəqib çox yaxşı təsir bağışlayır. Düşünürəm ki, Millətlər Liqası öncəsi bizi çətin sınaq gözləyir. Sabah yaxşı mübarizə aparıb, qələbə qazanmaq istəyirik”.
Mənbə: affa.az