[b]Paraqvay Azərbaycan millisi ilə xal fərqini azaltdı[/b]
16.06.2018 - 12:22
[b]Paraqvay Azərbaycan millisi ilə xal fərqini azaltdı[/b]

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 165 yığması yer alıb.

 

Bu komandalardan 107-si əsas cədvəldə, 58-si isə sıralamadan kənarda qərarlaşıb. Buna səbəb sonuncuların zəruri olan matç sayını keçirməməsidi.

 

Son bir ayda milli komandalar səviyyəsində oyunların az olması səbəbindən siyahıda ciddi dəyişikliklər baş verməyib. Dünyanın ən yaxşıları arasında yer alan Azərbaycan yığmasının da mövqeyi və xalı dəyişməz qalıb. Braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri 1440 xalla 10-cu sırada qərarlaşıb. 9-cu olan Ukraynadan 42 xal geri qalan millimiz 11-ci sıradakı Paraqvaydan 5 xal öndədi. Yığmamız Avropa təmsilçiləri arasında 7-cidi.

 

İlk “20-lik”də xalını 1370-ə çatdıran Kolumbiya 3 pillə irəlilədiyi halda, Panama 6 pillə geriləyərək, 23-cü sıraya düşüb. Onları “20-lik”də Misir əvəzləyib. Bu yığmalardan fərqli, Argentina xal itkisi ilə üzləşib. Onlar mövqelərini qorusalar da, son siyahı ilə müqayisədə 27 xal geri düşüblər. Yığmamızı izləyən paraqvaylılar isə aktivinə 32 xal əlavə ediblər.

 

İlk “20-lik”

1. Braziliya - 1935

2. İspaniya – 1807

3. Rusiya - 1700

4. Portuqaliya - 1696

5. Argentina - 1691

6. İran - 1654

7. İtaliya - 1552

8. Qazaxıstan - 1532

9. Ukrayna - 1482

10. Azərbaycan – 1440

11. Paraqvay – 1435

12. Xorvatiya – 1394

13. Sloveniya – 1384

14. Kolumbiya – 1370

15. Serbiya – 1362

16. Yaponiya – 1358

17. Çexiya – 1324

18. Tailand – 1285

19. Fransa – 1283

20. Misir - 1248