[b]Paulinyo rəsmən Çin klubunda![/b]
08.07.2018 - 22:00
[b]Paulinyo rəsmən Çin klubunda![/b]

“Barselona”nın yarımmüdafiəçisi Poulinyo Çinə qayıdıb. Apasport.az-ın “Quançjou Everqrand” klubunun saytına istinadən məlumatına görə, ulduz futbolçu bu komandaya keçib.

 

29 yaşlı orta sahə oyunçusu birillik icarəyə götürülüb. Çinlilər bir ildən sonra onu transfer edə biləcəklər. Müqavilənin maddi tərəfləri açıqlanmasa da, gələn il transferin reallaşması ilə ispanların 50 milyon avro qazanacağı vurğulanıb. Braziliya millisinin üzvünün illik məvacibi isə 14 milyon avro olacaq.

 

Qeyd edək ki, “Barselona” Paulinyonu ötən il 40 milyon avro müqabilində məhz “Quançjou Everqrand”dan transfer etmişdi.