[b]Paytaxt klubu hücumçu axtarır[/b]
30.07.2018 - 01:58
[b]Paytaxt klubu hücumçu axtarır[/b]

Malkom transferində son anda “Barselona”ya məğlub olan “Roma” hücum bölgəsinə yeni oyunçu axtarışını davam etdirir. Apasport.az saytının məlumatına görə, “canavarlar” “Yuventus”un hücumçusu Xuan Kuadradoya göz dikib.

 

Bundan başqa Alessandro Florenzi ilə də müqavilənin müddətini uzatmaq istəyən paytaxt klubu artıq oyunçunun agenti ilə danışıqlara start verib.

 

Daha əvvəl isə İtaliya mətbuatı “Roma”nın “Bayer”in oyunçusu Leon Beyliyə təklif irəli sürdüyünü iddia etmişdi.

0