[b]Pepe “Beşiktaş”ı tərk edir[/b]
28.07.2018 - 21:51
“Beşiktaş”ın müdafiəçisi Pepe klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu iki klubla danışıq aparır.
Bunlar “Vulverhempton” və “Porto”du. İstanbul nəhənginin Çempionlar Liqasına vəsiqə qazanmadığını nəzərə alan Portuqaliya millisinin üzvü adıçəkilən klublardan birinə keçməkdə qərarlıdı. 35 yaşlı oyunçunun transferinin türklərə 7 milyon avro qazandırması gözlənilir.
Qeyd edək ki, “Beşiktaş”la müqavilə müddəti gələn yaya qədər olan Pepe ötən mövsüm 34 matçda iştirak edib.
0
0