Əfsanəvi braziliyalı futbolçu Roberto Karlos Rusiya millisinin dünya çempionatındakı çıxışını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis, xüsusən də, 3 oyunçunu fərqləndirib.
O, həmin futbolçuların “Real”da çıxış etmək perspektivinə toxunub: “Rusiya yığmasının heyətində Artyom Dzyubanın oyunu çox xoşuma gəldi. Ümumiyyətlə, ruslar dünya çempionatında çox sürətli futbol oynadılar və inkişafdadılar. Bu komandada Artyom Dzyuba, Alan Dzaqoyev və Fyodr Smolov yüksək səviyyədə çıxış edirlər. “Real”ın prezidenti Florentino Pereslə bu oyunçularla bağlı görüşəcəm. Peresə onları almağı məsləhət görəcəm”.
Qeyd edək ki, Rusiya millisi dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlub olub.