[b]Portuqaliya Avropa çempionu oldu[/b]
30.07.2018 - 00:27
[b]Portuqaliya Avropa çempionu oldu[/b]

19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda İtaliya ilə Portuqaliya görüşüb.

 

Matçına əsas vaxtı bərabərliklə (2:2) yekunlaşdığından qalibi əlavə vaxtda müəyyən etmək mümkün olub.

 

Azarkeşlərin ümumilikdə 7 qola şahidlik etdiyi qarşılaşma portuqaliyalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İtaliya millisinin heyətində Moyze Kin dubl edib, bir qolu isə Skamakka isə bir dəfə fərqlənib. Portuqaliya yığmasının qollarına isə Joau Filippe (2), Fransişku Trinkau və Pedro vurub.