Portuqaliyalı futbolçu “Yuventus”da - rəsmi
28.01.2025 - 20:21
İngiltərə Premyer Liqası komandalarından “Çelsi”nin futbolçusu Renato Veyqa karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Yuventus" müdafiəçini icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Turin təmsilçisi portuqaliyalı üçün qarşı tərəfə 5 milyon avro ödəniş etməli olacaq.
Futbolçu yeni komandasında “12” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 21 yaşlı cinah müdafiəçisi bu mövsüm "zadəganlar"ın heyətində çıxış etdiyi 18 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0