[b]Premyer Liqa klubları “sülh” bağladı[/b]
07.07.2018 - 20:46
Topaz Premyer Liqasında növbəti mövsümə hazırlaşan “Sabah”la “Səbail” yoxlama görüşündə üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, görüş “Bayıl Arena”da baş tutub.
Matçın 13-cü dəqiqəsində “Səbail” hesabı açıb. Komandanın heyətində yeni transfer Ruslan Qurbanov fərqlənib. Lakin Premyer Liqanın debütantı bunu cavabsız qoymayıb. Belə ki, 68-ci dəqiqədə Məqsəd İsayev bərabərlik qolunu vurub.
Bununla da qarşılaşma qollu bərabərliklə (1:1) başa çatıb.
0
0