Premyer Liqa klubundan 45 milyonluq təklif
27.06.2022 - 22:50
Niderland millisinin və “Vilyarreal”ın futbolçusu Arno Dandjuma İngiltərə Premyer Liqasından daha bir təklif alıb.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı vinger “Vest Hem”in də hədəfinə düşüb.
London təmsilçisi “Liverpul”un gözaltı etdiyi oyunçunu ələ keçirməyi planlaşdırır. “Çəkicdöyənlər” futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğini ödəməyə razıdır. “Vest Hem” Arno üçün 45 milyon avro təklif edir.
Qeyd edək ki, Dandjuma ötən mövsüm La Liqanın 23 oyununda 10 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0