[b]PSJ Boatenqdən imtina etdi[/b]
29.07.2018 - 01:19
[b]PSJ Boatenqdən imtina etdi[/b]

“Bavariya”nın müdafiəçisi Jerom Boatenqin PSJ-yə keçidi baş tutmayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb almanların tələbi olub.

 

Belə ki, qarşı tərəfdən əvvəlcə 45 milyon funt-sterlinq istəyən “Bavariya” daha sonra bu məbləği 53 milyona yüksəldib. Məhz bu səbəbdən fransızlar 30 yaşlı müdafiəçi uğrunda mübarizədən geri çəkilib.

 

Qeyd edək ki, Jerom Boatenq 2011-ci ildən “Bavariya”nın formasını geyinir.