[b]PSJ-də ciddi itkilər: Hücumçular sıradan çıxdı[/b]
29.07.2018 - 18:54
PSJ ciddi itkilərlə üz-üzədir. Apasport.az saytının məlumatına görə, Paris klubu Fransa Super Kuboku öncəsi heyət problemi ilə qarşılaşıb.
“L`Equipe” nəşri iddia edir ki, uruqvaylı hücumçu Edinson Kavani sözügedən qarşılaşmanı buraxacaq. DÇ-2018-in 1/8 final mərhələsinin Portuqaliya ilə matçında (2:1) zədələnən forvard hələ sıraya dönməyib.
Bundan əlavə, Neymarın da həlledici görüşdə iştirakı sual altındadı.
Qeyd edək ki, ölkə çempionu PSJ ilə kubokun sahibi “Monako” arasındakı Super Kubok oyunu avqustun 4-də Çində keçiriləcək.
0
0