PSJ-də yeni anlaşma
06.12.2022 - 15:35
PSJ-də yeni anlaşma

PSJ futbolçusu Marko Verratti ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, tərəflər 2026-cı ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalayacaq.

Fransa klubu italiyalı yarımmüdafiəçi ilə müqavilənin bütün detallarında anlaşıb. Sənədin DÇ-2022-nin sonuna qədər rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 30 yaşlı futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
 

0