[b]PSJ ilk qələbəsini son matçda qazandı[/b]
30.07.2018 - 18:10
[b]PSJ ilk qələbəsini son matçda qazandı[/b]

Beynəlxalq Çempionlar Kuboku turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha bir oyun keçirilib.

 

PSJ ilə “Atletiko” Sinqapurda üz-üzə gəlib. Bol qollu alınan qarşılaşma fransızların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla turnirdə keçirdiyi ilk iki qarşılaşmada məğlub olan PSJ ilk qələbəsini son matçda əldə edib. “Atletiko” isə ikinci oyununda birinci yenilgini alıb.

 

Beynəlxalq Çempionlar Kuboku

30 iyul

 

PSJ (Fransa) – “Atletiko” (İspaniya) – 3:2

Qollar: Nkunku, 32; Diabi, 71; Postolaçi, 90+2 – Molyexo, 75; Bernede, 86 (avtoqol)

0