[b]PSJ Kanteyə göz dikib[/b]
06.07.2018 - 09:58
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını Fransada davam etdirə bilər. Apasport.az saytının goal.com-a istinadən məlumatına görə, PSJ fransız futbolçunun xidmətində maraqlıdı.
İdman direktoru Anteru Enrike mövsümün startına qədər keçidi reallaşdırmaq niyyətindədi. Mümkün transfer 100 milyon funt sterlinq (132 milyon dollar) dəyərində qiymətləndirilir. PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyonun Kante qarşılığında əks tərəfə keçmək ehtimalı da var.
27 yaşlı futbolçu PSJ ilə anlaşacağı təqdirdə həftəsinə 220 min funt sterlinq qazanacaq.
0
0