PSJ Neymarın keçidinə razılıq verdi
11.08.2023 - 09:37
PSJ Neymarın keçidinə razılıq verdi

PSJ futbolçusu Neymarın “Barselona”ya keçidinə razılıq verib.

Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu bu yay İspaniya klubuna qayıda bilər.

31 yaşlı futbolçu 2013-17-ci illərdə də La Liqa təmsilçisində forma geyinib. PSJ danışıqlarda güzəştə getməyə razı olub.

Qeyd edək ki, parislilərlə müqaviləsi 2025-ci ilədək olan Neymar 222 milyon avroya transfer edilib.
 

0