PSJ Raşfordla maraqlanır
28.03.2023 - 20:48
PSJ Raşfordla maraqlanır

PSJ Markus Raşfordla maraqlanır.

Apasport.az xəbər verir ki, ötən yay Paris klubu "Mançester Yunayted"in hücumçusuna həftəlik 400 min funt-sterlinqdən çox təklif edib. Lakin Raşford klubu dəyişməkdən imtina edib.

"Mançester Yunayted"də Markus klubun Çempionlar Liqasında çıxış etdiyi mövsümlərdə həftədə 200 min funt-sterlinqdən çox qazanır.

PSJ indi də Raşfordla maraqlanır. “Mançester Yunayted”lə isə müqavilənin müddətinin uzadılması ilə bağlı razılıq əldə olunmayıb, hazırda danışıqlarda çox da irəliləyiş yoxdur.

Qeyd edək ki, Markus Raşfordun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

0