[b]“Qafqaz futbol məktəbi güclüdü” – Qazaxıstan yığmasının baş məşqçisi[/b]
04.06.2018 - 16:44
[b]“Qafqaz futbol məktəbi güclüdü” – Qazaxıstan yığmasının baş məşqçisi[/b]

“Fikrimcə, heç-heçə ədalətli nəticədi. İkinci hissədə qol vurmaq üçün mübarizə apardıq. Bu, bizim uşaqların zəhmətinin bəhrəsidi”. Apasport.az saytının məlumatına görə, bu sözlər 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığmasının baş məşqçisi Talqat Baysufinova məxsusdu.

 

O, Azərbaycanın U-21 yığması ilə keçirilən yoldaşlıq görüşündən (1:1) sonra yerli mətbuata müsahibə verib. Baş məşqçi qarşılaşmaya hazırlığın istədiyi kimi getmədiyini etiraf edib: “Qol vəziyyətləri yaradırıq, lakin onları reallaşdırmaq üçün daha yaxşısını arzulamalıyıq. Təlimin sürətini artırmalıyam. Uşaqlara nə tapşırmışdıqsa, onu da yerinə yetirdilər. Tam hazır olmaq çətin idi. Çünki yoldaşlıq görüşünə hazırlıq üçün vaxtımız az idi. Amma rəsmi matçlara hazırlaşmaq üçün kifayət qədər zamanımız olacaq”.

 

Baysufinov yığmamız haqda da fikirlərini bildirib: “Həm müdafiədə, həm də hücumda topu rəqibə verməməyə çalışdıq. Top rəqibdə olanda meydanın mərkəzində pressinq etməliyik. Azərbaycan yığmasının heyətində Avropa klublarında çıxış edən futbolçuların olması onlar üçün müsbət haldı. Ancaq unutmayın ki, Qafqaz futbol məktəbi güclüdü, nizam-intizamla birlikdə oyun da yaxşılaşır”.