Qakpoya iki müştəri
05.12.2022 - 22:07
Qakpoya iki müştəri

Niderland millisinin futbolçusu Kodi Qakpo Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Qətərdə keçirilən DÇ-2022-də üç qol vuran hücumçunu “Real” və “Mançester Yunayted” heyətinə qatmaq niyyətindədir.

Sonuncular PSV-nin forvardını hələ yayda almaq istəyirdi. Həmin vaxt İngiltərə klubunun buna vəsaiti çatmayıb. Kriştiano Ronaldo ilə yollar ayrıldıqdan sonra baş məşqçi Erik Ten Haqın Qakpo istəyi daha da aktuallaşıb. “Real” da bir neçə ildir izlədiyi forvardın transferini reallaşdırmağı düşünür.

Niderland klubu onun üçün 55 milyon avro tələb edir. Kodinin artıq bu qış klubunu dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, Qakpo gələcək karyerası ilə bağlı qərarı DÇ-2022-dən sonra verəcəyini açıqlayıb.
 

0