“Qalatasaray” Belottiyə elçi düşdü
13.08.2022 - 14:40
“Qalatasaray” Belottiyə elçi düşdü

Andrea Belottiyə daha bir klub elçi düşüb.

Apasport.az saytının məlumatına görə, “Qalatasaray” italiyalını heyətinə qatmaq istəyir.

Türkiyə klubu futbolçuya təklif hazırlayıb. İstanbullular “Roma”ya keçməyə yaxın olan hücumçunu ələ keçirməyə çalışır. 

“Qalatasaray” Belottiyə 3 illik müqavilə təklif edəcək. Futbolçu ildə 3,3 milyon avro və əlavə bonuslar qazanacaq.

Qeyd edək ki, Andrea “Torino”yla müqaviləsi başa çatandan sonra azad agent statusuna malikdir.
 

0