“Qalatasaray” Vüsalı qol vurmağa peşman etdi
06.02.2025 - 18:57
“Qalatasaray” Vüsalı qol vurmağa peşman etdi

Türkiyə kubokunda II turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” səfərdə “İstanbulspor”un qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər oyununda isə, “Qalatasaray” millimizin üzvü Vüsal İsgəndərlinin komandası “Boluspor”la üz-üzə gəlib.

11-ci dəqiqədə Vüsal hesabı açsa da, ev sahiblərinin sevinci çox çəkməyib. “Cimbom”un yeni transferi Alvaro Morata hesabı bərabərləşdirib. 

Görüş “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Türkiyə kuboku 
II tur 

14:00. “İstanbulspor” – “Kasımpaşa” – 2:0
17:00. “Boluspor” – “Qalatasaray” – 1:4

0