“Qalatasaray” Yılmazı satmaq istəmir
11.09.2024 - 23:33
“Qalatasaray” Yılmazı satmaq istəmir

"Qalatasaray" Barış Alper Yılmaz üçün İngiltərə klubundan təklif alıb.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" futbolçusunu satmaqdan imtina edib.

Bunu Yılmazın meneceri açıqlayıb. Tuncay Maldan "Nottingem Forest"in 25 milyon avroluq təklifinə "yox" cavabı verdiklərini söyləyib.

Qeyd edək ki, Barışın "Qalatasaray"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

0