"Qalatasaray" Ziyeşlə bağlı qərar verdi
12.03.2024 - 13:56
"Qalatasaray" Ziyeşlə bağlı qərar verdi

"Qalatasaray"ın texniki heyəti zədəsini sağaldan və "Rizespor" matçı ilə meydana qayıdan Hakim Ziyeşlə bağlı qərar verib. 

Apasport.az xəbər verir ki, futbolçu “Kasımpaşa” matçında start heyətdə olacaq.

Ziyeşin sağ cinahda, Barış Alper Yılmazın isə sağ bekdə oynayacağı bildirilib.

Qeyd edək ki, mərakeşli futbolçu bu mövsüm Super Liqa və Çempionlar Liqasında ümumilikdə 15 matça çıxıb 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

0