“Qalatasaray”da ciddi itki
01.10.2024 - 20:59
“Qalatasaray”da ciddi itki

"Qalatasaray"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın hücumçusu Viktor Osimhen zədələnib.

O, UEFA Avropa Liqasının II turunu buraxmalı olacaq. Bunu klubun mətbuat xidməti açıqlayıb.

25 yaşlı futbolçunun sol ayağında zədə aşkarlanıb. Nəticədə forvard RFŞ-ya qarşı matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, sabah baş tutacaq görüş Latviyada keçiriləcək.

0