“Qalatasaray”dan darmadağın
15.09.2024 - 00:11
“Qalatasaray”dan darmadağın

Türkiyə Super Liqasında 5-ci tura start verilib.

Apasport.az xəbər verir ki, "Qalatasaray" "Rizespor"la qarşılaşıb. 

Görüş tamamilə "sarı-qırmızılar"ın üstünlüyü ilə keçib. İstanbul təmsilçisi 5:0 hesablı qələbəyə sevinib.

Komandanın qollarına Davinson Sançez, Abdülkerim Bardakçı, Qabriel Tamaş, Dris Mertens və Barış Alper Yılmaz imza atıb.

Qeyd edək ki, 4 turdan sonra yoluna itkisiz davam edən "Qalatasaray" 1-ci pillədə qərarlaşıb.

0