“Qalatasaray”ın bəyənmədiyi hücumçuya 3 təklif
01.12.2022 - 00:00
“Qalatasaray”ın bəyənmədiyi hücumçuya 3 təklif

“Qalatasaray”da icarə əsasında çıxış edən Haris Seferoviç qış fasiləsində komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu “Benfika”dan icarəyə götürdüyü oyunçunu heyətində saxlamaqda maraqlı deyil.

Hazırda İsveçrə yığmasının heyətində dünya çempionatında çıxış edən 30 yaşlı oyunçu 3 klubdan təklif alıb. Bunlar “Şalke”, “Servett” və “Feyenoord”dur. 

Qeyd edək ki, Haris Seferoviç bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 10 oyunda 2 qol vurub.

0