[b]“Qarabağ”: Avstriyadan Sloveniyaya[/b]
08.07.2018 - 12:11
[b]“Qarabağ”: Avstriyadan Sloveniyaya[/b]

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlığa son qoyacaq. Apasport.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Ağdam təmsilçisi Sloveniya səfərinə hazırlaşır.

 

Qurban Qurbanovun komandası “Olimpiya” ilə Çempionlar Liqasının I təsnifat mərhələsi matçı üçün sabah bu ölkəyə gedəcək. “Olimpiya” ilə Lyublyanadakı görüş iyulun 11-də baş tutacaq.

 

Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində “Ludoqorets” (Bolqarıstan – 1:1), “Vakker İnsbruk” (Avstriya – 0:0), Suriya yığması (0:1) və “Dinamo” (Kiyev, Ukrayna – 0:1) ilə yoxlama görüşü keçirib.