[b]“Qarabağ” bizə düşə biləcək ən güclü komanda idi” – İliya Stolitsa[/b]
13.07.2018 - 10:54
[b]“Qarabağ” bizə düşə biləcək ən güclü komanda idi” – İliya Stolitsa[/b]

“Nəticəyə görə təəssüf edirəm. Rəqib çox güclü idi”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.

 

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında “Qarabağ”ı qəbul edən Sloveniya çempionu 0:1 hesablı məğlubiyyətlə üzləşib.

 

Stolitsa yerli mətbuata açıqlamasında cavab görüşü üçün ümidli danışıb: “Uşaqlar əllərindən gələni etdilər. Sadəcə, “Qarabağ” bizə düşə biləcək ən güclü komanda idi. Bununla belə, oyunçularım bu cür oyunla məğlubiyyətə layiq deyildilər. Meydana yalnız qələbə qazanmaq hədəfi ilə çıxmışdıq. Ancaq futbolda belə hallar yaşanır. Geri dönüş edə biləcəyimizə inanmalı və cavab görüşündə döyüşməliyik. Bakıda rəqibdən daha çox qol vurmalıyıq ki, mərhələ adlayaq. Əminəm ki, uşaqlar bunu bacaracaq gücdədilər. Bu andan etibarən Bakıda necə qələbə qazana biləcəyimiz barədə düşünməliyik. Mən optimistəm”.

 

Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

0