Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Kiyev “Dinamo”su ilə qarşılaşıb.
İlk üç oyunda qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri bu uğursuz seriyaya Ukrayna təmsilçisi önündə də son qoya bilməyib. Görüş kiyevlilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qarabağ” buna qədər “Ludoqorets” (Bolqarıstan – 1:1) və “Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib, Suriya yığmasına (0:1) məğlub olub.
Yoxlama görüşü
4 iyul
“Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna) - 0:1
Qol: Tsiqankov, 19
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerrye, 2. Qara Qarayev, 91. Coşqun Diniyev, 19. Filip Ozobiç, 10. Dani Kintana, 17. Abdullah Zubir, 11. Mahir Mədətov