[b]“Qarabağ” hazır deyil” - “Olimpiya”nın kapitanı[/b]
10.07.2018 - 15:30
[b]“Qarabağ” hazır deyil” - “Olimpiya”nın kapitanı[/b]

“Qarabağ”ın Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarını izləmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Branko İliç deyib.

 

Lyublyana təmsilçisinin kapitanı Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək ilk oyunu barəsində fikirlərini açıqlayıb: “Qarabağ” bu matçlarda yaxşı oynamaq üçün yetərincə səviyyəyə malik olduğunu göstərdi. Amma rəqib komandanın heyətində kifayət qədər dəyişikliklər olub. Bu üzdən də rəqibimiz yeni mövsümə tam hazır deyil. Ümumilikdə, “Qarabağ” yaxşı komandadı. Lakin biz də özümüzə güvənirik. Hazırlıq prosesinə inkişafa nail olmuşuq və mərhələ keçəcəyimizə ümid edə bilərik”.

 

İliç komandasının hazırlığını da dəyərləndirib: “Düşünürəm ki, toplanış müddətində məşqçimizin istədiklərinin hamısının öhdəsindən gəldik. Sabah “Qarabağ”ı bizim oyunumuzu oynamağa məcbur etməyə çalışacağıq. Bunun üzərində işləmişik. Çox təhlillər aparmışıq. Xüsusilə, öz oyunumuzu təhlil edib, səhvləri aradan qaldırmışıq. Qarşılaşacağımız komandanın güclü olması daha yaxşıdı. Qalib gələcəyimizi söz verə bilmərəm. Lakin yaxşı oynamağa, ötənilki səhvləri təkrarlamamağa çalışacağıq”.

 

Qeyd edək ki, sabah keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0