[b]“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlandı[/b]
27.07.2018 - 23:10
[b]“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlandı[/b]

UEFA Çempionlar Liqasının ikinci təsnifat məhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşmasına hakim təyinatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcəklər.

 

Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko və Erik Wayss yardımçı olacaqlar.

 

Ehtiyat hakim isə Patrik Hrcka təyin olunub.

 

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-də keçiriləcək və saat 21:00-da start götürəcək.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

1 avqust

 

21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)

Baş hakim: Peter Kralovic

Baş hakimin köməkçiləri: Miroslav Benko, Erik Weiss

Dördüncü hakim: Patrik Hrcka (hamısı Slovakiya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

İlk matç: 0:0