[b]“Qarabağ” – “Olimpiya” oyununun biletləri satışa çıxarılır[/b]
11.07.2018 - 01:02
[b]“Qarabağ” – “Olimpiya” oyununun biletləri satışa çıxarılır[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” oyununun biletləri satışa çıxarılır. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər biletləri sabahdan etibarən aşağıda əldə edə bilər.

 

İyulun 18-də keçiriləcək matçın biletləri həm satış məntəqələrində, həm də onlayn almaq mümkün olacaq. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Qiymətlər sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı.

 

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-i saat 21:00-da start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.