Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün ərzində 12 qarşılaşma baş tutacaq.
Bu matçlardan 10-u Çempionlar, 2-si Liqa yolunda keçiriləcək. İlk oyun günündə 3 qarşılaşmada III təsnifat mərhələsinə vəsiqələr sahibini tapacaq. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Ertəsi gün isə 9 matç oynanılacaq.
Azərbaycan çempionu “Qarabağ” mərhələnin son günündə Bakıda Albaniya “Kukesi”sini qəbul edəcək. Bu qarşılaşmada mərhələ adlayan komandanın rəqibi də həmin gün müəyyənləşəcək.
HİK Finlandiyada Belarusun BATE klubunu qəbul edəcək. İlk oyunda qolsuz sülhlə ayrılan komandalar cütün güclüsünü Skandinaviyada aydınlaşdıracaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
31 iyul
21:00. “Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Zaqreb, Xorvatiya)
İlk oyun – 0:5
21:00. “Şerif” (Moldova) - “Şkendiya” (Makedoniya)
İlk oyun – 0:1
22:30. “Spartak” (Trnava, Slovakiya) - “Legiya” (Varşava, Polşa)
İlk oyun – 2:0
1 avqust
20:00. HİK (Finlandiya) - BATE (Belarus)
İlk oyun - 0:0
21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya)
İlk oyun - 0:0
21:00. “Mityulland” (Danimarka) - “Astana” (Qazaxıstan)
İlk oyun – 1:2
21:15. “Malmö” (İsveç) - ÇFR (Kluj, Rumıniya)
İlk oyun – 1:0
21:30. “Suduva” (Litva) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun – 0:3
22:00. “Bazel” (İsveçrə) - PAOK (Yunanıstan)
İlk oyun – 1:2
22:00. “Videoton” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan)
İlk oyun - 0:0
22:30. “Şturm” (Avstriya) - “Ayaks” (Hollandiya)
İlk oyun – 0:2
22:45. “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya)
İlk oyun - 1:3