[b]“Qarabağ” yeni transferinin müqavilə müddətini açıqladı[/b]
05.07.2018 - 13:30
[b]“Qarabağ” yeni transferinin müqavilə müddətini açıqladı[/b]

2018/19 mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” 5-ci transferini rəsmiləşdirib. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Bolqarıstan yığmasının üzvü Simeon Slavçev heyətə cəlb olunub.

 

25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti də müəyyənləşib. Belə ki, “Sportinq”dən alınan Slavçev Azərbaycan çempionu ilə 3 illik müqavilə imzalayıb. Oyunçu artıq ağdamlıların Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

 

Qeyd edək ki, “Qarabağ” Simeon Slavçevə qədər Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir və Hannes Halldorssonu transfer etmişdi.