[b]“Qarabağ”a məğlub olub, işini itirdi[/b]
31.07.2018 - 20:38
[b]“Qarabağ”a məğlub olub, işini itirdi[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın mübarizədən kənarlaşdırdığı “Olimpiya” baş məşqçisi ilə yollarını ayırıb. Apasport.az xəbər verir ki, bu barədə klub saytı açıqlama yayıb.

 

Bildirilib ki, prezident Milan Mandariçlə görüşən İliya Stolitsa qarşılıqlı razılıq əsasında ayrılmağa qərar verib. Klub rəhbəri hazırda göstərilən nəticələrin onu qane etmədiyini vurğulayıb.

 

Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə görə (1:0, 0:0) “Olimpiya”nın ÇL macərasına son qoymuşdu.

0