[b]“Qarabağ”dan əvvəl “Ferensvaroş” və “Əl-Əhli”[/b]
04.07.2018 - 11:02
[b]“Qarabağ”dan əvvəl “Ferensvaroş” və “Əl-Əhli”[/b]

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Sloveniya çempionu ağdamlılarla duel öncəsi iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Komanda öncə “Ferensvaroş”la üz-üzə gələcək. Bu məqsədlə lyublyanalılar Macarıstanın Zalaeqerzeq şəhərinə yola düşüblər. Matçdan dərhal sonra Lyublyanaya dönəcək “Olimpiya” doğma arenasında son sınaq matçına çıxacaq. İliya Stolikanın yetirmələrinin budəfəki rəqibi Misir klubu “Əl-Əhli” olacaq.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.