“İlk oyunda topa daha çox biz nəzarət edirdik. “Qarabağ”da təsəvvür elədiyimiz qədər yaxşı təsir bağışlamadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Nik Kapun deyib.
24 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah Bakıda keçiriləcək “Qarabağ”la cavab oyunu barədə fikirlərini açıqlayıb. Kapun qarşılaşma öncəsi nikbin düşüncədə olduğunu bildirib: “Cavab matçına gəlincə, rəqiblə müqayisədə daha çox təhlükəli zərbələr vurmaq lazımdı. Səfər matçına bunu bacarsaq, mərhələ keçə bilərik. Son vaxtlar müdafiədə yetərincə yaxşı oynayırıq. Rəqibdən hər hansı bir qorxumuz yoxdu. Bu üzdən də bizim üçün əsas qol vurmaqdı”.
Qeyd edək ki, “Qarabağ” ötən həftə səfərdə keçirilən ilk qarşılaşmada 1:0 hesbaı ilə qalib gəlib.