[b]“Qarabağ”ı yaxşı tanıyıram” – “Kukesi”nin baş məşqçisi[/b]
24.07.2018 - 22:07
[b]“Qarabağ”ı yaxşı tanıyıram” – “Kukesi”nin baş məşqçisi[/b]

“Diqqətli olmalıyıq. Bizim keyfiyyətli komandamız var”. Apasport.az-ın Albaniyanın sportekspres.com saytına istinadən məlumatına görə, bu sözləri “Kukesi”nin baş məşqçisi Armando Kunqu deyib.

 

45 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la sabah keçiriləcək ilk oyunöncəsi mətbuat konfransı təşkil edib. Kunqu rəqibi yaxşı təhlil etdiklərini söyləyib: “Rəqibin tarixini, Çempionlar Liqasının qrupunda oynadığını bilirik. Bununla belə, uşaqların ciddiliyinə və qələbə ruhuna güvənirəm. Əgər ab-hava yoxdusa, keyfiyyət heç bir rol oynamır”.

 

- Sabah hansı taktika ilə meydana çıxacağınızı müəyyənləşdirmisiniz?

- Necə oyun quracağımızı birlikdə görəcəyik. “Qarabağ”ı və orda oynayan albanları yaxşı tanıyıram. Son oyunlarına baxmışam. Rəqibin oyun üslubuna uyğunlaşmaq üçün həftə boyu məşqlər etmişik.

 

- “Kukesi” 2013-cü ildə Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyərək, tarixi nailiyyət əldə etmişdi. Bunu təkrarlamaq mümkün olacaqmı?

- 2013-cü ildəki uğuru təkrarlamaq çətindi. Bizim digər komandamız daha sonra bu liqada iştirak etdi. Komandaya təsir edən bəzi qərarlarımız oldu. Gəldiyim gündən bəri komandanın işindən məmnunam.

 

- Növbəti mərhələ şansınızı necə görürsünüz?

- Bizim bu mərhələdə 2 oyunumuz olacaq. Buna görə də, səbrli olmalıyıq ki, yaxşı nəsə edə bilək. Cütlüyün taleyinə cavab oyununda aydınlıq gəlməlidi. Hərçənd, bu, asan olmayacaq.

 

- Bu heyət uğur üçün yetərlidimi?

- Hər kəsdən daha irəli getmək istəyirik. Açığı, məsuliyyəti üzərinə götürə biləcək bir səviyyəli futbolçuya ehtiyacımız var. Hansı ki, top komandada olanda, o, ön plana çıxmalıdı. Həm çempionatda, həm də avrokubokda paralel oynayacağımıza ümid edirik.

0